Ohanyandan hakimiyyət iddiası: Seçkilərdə iştirak edəcəyəm

Seçkilərdə iştirak etməyə hazıram.
Bunu Ermənstanın keçmiş müdafiə naziri, Şuşa şəhərində Azərbaycan ordusunun qarşısından qaçan Seyran Ohanyan bəyan edib.
Hərbi cani Ohanyan elan edib ki, seçkilərdə iştirak etmək qərarı versə də, hansı qüvvə daxilində prosesə qatılacağı haqda hələlik qərar verməyib.
“Bu gərgin vəziyyətdə hər bir insan konstitusiya hüququna uyğun olaraq seçkilərdə iştirak edə bilər. Mən də Ermənistan vətəndaşı kimi seçkiyə qatılacağam. Ancaq bunun hansı qüvvə və formada olacağına özüm qərar verəcəyəm”, – deyə Ohanyan bildirib.
Qeyd edək ki, bu açıqlama ilə Seyran Ohanyan Robert Köçəryandan sonra özünün hakimiyyət iddiasını ortaya qoymuş olub.