Zakir Nuriyev: “Ötən il ilk dəfə nağdsız ödənişlərin payı 50 %-i ötüb”

2020-ci ildə nağdsız ödəniş əməliyyatlarının həcmi 118 milyon manat olub ki, bu da 2019-cu ilə nisbətən 10 %-lik artım deməkdir.
Bunu onlayn şəkildə keçirilən “Fintex” sammitinin açılışında Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.
Z.Nuriyevin sözlərinə görə, nağdsız ödənişlərin sayı ümumi ödənişlərin əsas hissəsini təşkil edir:
“Ötən il nağdsız ödənişlərin ümumi ödənişlərdə payı 53,8 %-ə yüksəlib ki, bu da ilk dəfə ümumi ödənişlərdə qeyri-nağd ödənişlərin əhəmiyyətli paya sahib olması deməknəğdsdir.
Ötən il nağdsız ödənişlərin sayı ilə yanaşı həcmində də artım olub və 2019-cu illə müqayisədə məbləğ 1,5 faiz bəndi artaraq 22 %-ə yüksəldi. Ümid edirik ki, qarşıdakı illərdə nağdsız ödənişlərin həcmində də əhəmiyyətli artım olacaq”.