Rusiyada aksiyalar başlayıb-Navalnıya azadlıq istənilir

Müalicədən dönəndən sonra Moskavda həbs olunan Rusiya müxalifətçisi Aleksey Navalnının müdafiəsi ilə bağlı Rusiyanın ayrı-ayrı şəhərlərində aksiyalar başlayıb. Yanvarın 23-ü səhər saatlarında başlayan aksiyaların atıq ölkənin 13 iri şəhərini əhatə etdiyi bildirilir. Gələn məlumtlaa göə, bundan başqa Xabarovsk, Cənubi Saxalində, Yakutiyada və daha bir neçə bölgədə də adamlar küçə və meydanlara çıxıblar.
Yerli vaxtla saat 10-a olan məlumata görə, Moskvada 50-yə yaxın adam saxlanılıb ki, onların arasında bir nəfər də yetkinlik yaşına çatmayan var. Saxlananlar arasında jurnalistlər və hadisələri çəkən digər adamların da olduğu xəbər verilir.
Yakutiyada -50 dərəcə şaxta olmasına baxmayaraq 300-ə yaxın adamın aksiyaya çıxdığı və həbs edilənlərin olduğu bildirilir.
Polis qabaqlayıcı tədbir kimi müxtəlif bölgələdə Navalnı tərərdarlarını və digər müxalifətçiləri saxlamaqdadır. Bəzi yerlərdə hətta sosial şəbəkələrə müdaxilələr var, adamları aksiyaya çağıranların hesabları bloklanır.