Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırıldı

Prezident İlham Əliyev Həsən Həsənovun Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.
"İç xəbər" xəbər verir ki, sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.