Prezidentin köməkçisi erməni əsirlərdən danışdı

“Biz mülki insanlarla müharibə aparmırıq. Bizim Ermənistanla başlıca fərqimiz də elə budur”.
"İç xəbər" xəbər verir ki, bu fikirləri Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Onun sözlərinə görə, Ermənistan tərəfindən saxta videoların yayılması siyasəti də həyata keçirilməkdədir:“Azərbaycanda olan erməni əsirlərin qida və digər təminatı, onlarla davranış qaydaları beynəlxalq hüquqda nəzərdə tutulmuş qaydada həyata keçirilir”.