Azərbaycan Ordusu yüksək peşəkarlığa malikdir – Hulusi Akar

“Öz torpaqlarının erməni işğalından azad edilməsi uğrunda mübarizəni davam etdirən Azərbaycan Türkiyə üçün sadəcə dost ölkə deyil, qardaş ölkədir”
"İç xəbər" Türkiyə mediasına istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar İstanbulda Milli Müdafiə Universitetində növbəti təhsil ilinin açılışında deyib.
Hulusi Akar bildirib ki, danışıqlar prosesi zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələri Ermənistan-Azərbaycan münaqişəsinin həllinə töhfə verə bilməyib. Ermənistan isə qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaq əvəzinə, işğal olunmuş ərazini genişləndirməyə çalışdı.