"Ermənistan rəhbərliyi özünü düşük kimi aparır"

“Bu gün artıq özünü dilənçi, lap düşük kimi, - bağışlayın ifadəmə görə, amma onlar hər bir ifadəyə layiqdirlər – aparan Ermənistan
rəhbərliyi gecə-gündüz bütün beynəlxalq təşkilatlara zəng edir, məktublar göndərir, bəyanatlar verir ki, niyə səsinizi çıxartmırsınız.
Onlar necə səsini çıxarda bilərlər? Onlar artıq bu qətnamələri, bu qərarları qəbul ediblər”.
"İç xəbər" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.
“Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində keçirir. Biz Ermənistan ərazisində hər hansısa
əməliyyatlar keçirmirik. Bizim elə planlarımız yoxdur. Baxmayaraq ki, Gəncəni onlar Ermənistan ərazisindən bombalamışdılar – 2 dəfə. Biz
onların yolu ilə cavab vermədik. Biz döyüş meydanında cavab verdik”, - ölkə başçısı vurğulayıb.