Ermənistan və Azərbaycan arasında sülh mümkündürmü?

“Ermənistan və Azərbaycan arasında sülh mümkündürmü? Bu sualı Carnegie Avropa Fondu saytının redaktoru Judy Dempsey dünyanın müxtəlif təhlilçilərinə ünvanlayıb.
Onlardan bəzilərinin cavablarının qısa şərhlərini diqqətinizə yetiririk:
Oksford Qlobal və Ərazi Tədqiqatları Məktəbindən Leyla Əliyeva hesab edir ki, sülh mümkündür, çünki tərəflər arasında sülh və dinc yanaşı yaşama dövrləri münaqişə dövrlərindən nəzərəçarpacaq dərədə uzun olub:
“Münaqişənin həlli problemin bəzi mərhələlərinə aid olmalıdır. Bunlardan biri geosiyasi kontekstdədir: Rusiyanın Qafqazda 27 illik təhlükəsizlik hegemonluğu stabillik yox, nəzarət faktoru olub kı, bu da sovet dövrünün birləşdirici mirasına əsaslanıb”.
Leyla Əliyevanın fikrincə münaqişənin real həlli üçün bu modeldən əl çəkilməlidir.
Politoloq düşünür ki, bu məqsədlə danışıqların formatı və vasitəçilərin tərkibi dəyişdirilməlidir.
“Həm Ermənistan, həm də Azərbaycan başa düşməlidirlər ki, nə uzunmüddətli sülh, nə də davamlı demokratikləşmə Rusiyadan müstəqil olmadan mümkün deyil”.
Leyla Əliyeva düşünür ki, danışıqlar hərbi təzyiq altında güzəştlər yox, qarşılıqlı sərfəli razılaşmalar təklif etməlidir.