Qarabağ səması hərbi aviasiyamız üçün açıq hala gəlib. Ermənistana məxsus S-300 sistemi məhv edilib

Azərbaycan Ordusuna məxsus kamikadze tipli uçan pilotsuz aparatlar Ermənistanın işğal etdiyi ərazilərdə yerləşdirdiyi S-300 zenit-raket sistemini məhv edib.
Bununla da, Dağlıq Qarabağ səması artıq Azərbaycanın hərbi aviasiyası üçün tam açıq hala gəlib.