İşdən çıxarılan deputatın qardaşına yüksək vəzifə verildi

Ədliyyə naziri Fikrət məmmədov Millət vəkili Bəxtiyar Əliyevin qardaşını yüksək vəzifəyə təyin edib.
"İç xəbər" xəbər verir ki, F. Məmmədovun əmri ilə, Əliyev Qabil Həmzə oğlu Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Q.Əliyev əvvəllər uzun müddət ərzində ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə də məşğul olub. O, 2006-cı ildən hüquq üzrə fəlsəfə doktorudur. 2007-ci ildən etibarən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsində məsul vəzifədə çalışıb. Xidməti fəaliyyətində dəfələrlə mükafatlandırılıb, analitik təhlil sahəsində xüsusi bacarıqları və işgüzarlığı ilə fərqlənib. Hərtərəfli islahatlar dövründə Q.Əliyevin məhz bu keyfiyyətləri və iş tərcübəsi nəzərə alınaraq həmin qərar qəbul olunub. Hazırda Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin rəisi vəzifəsini idarənin digər müavini Fərid Əfəndiyev icra edir.
Qeyd edək ki, Fərid Əfəndiyev rəis vəzifəsini müvəqqəti icra edir