Bürokrat məmur kimi özlərini görsədən səfirlər- Elçin Mirzəbəyli
“Xatırlayırsınızsa, Donald Tramp prezident seçildikdən sonra ilk açılamalarından biri ABŞ-da fəaliyyət göstərən lobbi və diaspor təşkilatları ilə bağlı olmuşdu. Prezident Tramp libbiçiliyin ABŞ-ın maraqlarına ciddi ziyan vurduğunu bəyan etmişdi və qənaətimə görə o, öz mövqeyində haqlı idi. ABŞ prezidenti BMT Baş Assambleyasındakı çıxışında da dolayısıyla bu məsələyə diqqət çəkərək, milli dövlətlərin inkişafının vacibliyini vurğulamış, gələcəyin qlobalçıların deyil, vətənpərvərlərin olduğunu bildirmişdi”.
Politoloq Elçin Mirzəbəyli bu fikirləri ABŞ Konqresində ermənipərəst qüvvələrin Azərbaycana qarşı məkrli planın qarşısının alınmasını Musavat.com-a şərh edərkən bildirdi.
Qeyd edək ki, ötən il olduğu kimi, ABŞ-ın erməni qrupları 2021-ci maliyyə ili üzrə “Milli Müdafiə Maliyyələşmə Qanunu” layihəsinə Konqresin bəzi ermənipərəst üzvlərinin dəstəyi ilə düzəlişlərin daxil edilməsi istiqamətində səy göstəriblər. Sözügedən proses çərçivəsində, Azərbaycana dəstək verən bir sıra Konqres üzvləri də öz növbəsində Ermənistan əleyhinə iki düzəliş irəli sürüb.
Qeyd edilən düzəlişlərin nəzərdən keçirilməsi məqsədilə, ABŞ Konqresinin Nümayəndələr Palatasının Qaydalar haqqında Komitəsinin iclası keçirilib. Konqres üzvü Stiv Cohen tərəfindən “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəliş, habelə Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunub.
E.Mirzəbəyli bu müzakirələri və qəbul olunan sənədləri şərh edərkən bunları bildirdi: “Hesab edirəm ki, bütün bunlar Ağ Evin daxili və xarici siyasətinin əsas prioritetləri kimi özünü “Rusiyanın hərbi qüvvələrinin yerləşdiyi ölkələrdə sözügedən qüvvələr barədə geniş məlumatın ehtiva olunduğu hesabatın Konqresə təqdim olunması” barədə 99 saylı düzəlişin, eləcə də Konqres üzvləri Stiv Şabot və Stiv Kohen tərəfindən birgə şəkildə “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəlişin Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul olunmasıda özünü büruzə verib. Hər 2 sənəd mühüm əhəmiyyət daşıyır və Ağ Ev və müttəfiqləri tərəfindən həm Ermənistana, həm də postsovet məkanınında münaqişələrin həllinə mane olan mərkəzlərə qarşı müvafiq sanksiyaların tətbiqinə əsas verir”. Siyasi analitik qeyd etdi ki, digər tərəfdən, qəbul olunan sənədlər ABŞ-ın Ermənistanla bağlı mövqeyində ilk növbədə öz maraqlarına uyğun dəyişikliklərin baş verdiyini nümayiş etdirir. Hazırda Ermənistanın və bu işğalçı-marionet ölkəni kənardan idarə edənlərin davranışları qırmızı xətti keçib. Həmçinin Rusiya və bu kimi bəzi ölkələrin təbliğatında adı əsasən “Sorosun uşağı” kimi hallandırılan Nikol Paşinyanın həm “inqilab”, həm də “anti-inqilab” ssenarilərinin tərkib hissəsi anlaşılıb. Paşinyan ikiqat agentdir və qənaətimə görə, onun ziddiyyətli davranışlarının əsasında bu məqamlar dayanır. Hesab edirəm ki, Ağ Ev son 2 il ərzində Ermənistanla və Nikol Paşinyanla bağlı öz qənaətlərini möhkəmləndirib. Amma ABŞ Nümayəndələr Palatasında hələ də erməni diasporu ilə sıx əlaqədə olan parlamentarilərin mövqeyi güclüdür və qüvvələr nisbətinin dəyişməsi üçün ciddi iş aparılmasına ehtiyac var”.
Politoloqun fikrincə, “Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş və həmin ərazilərdə qətlə yetirilmiş sözügedən ölkələrin vətəndaşları barədə hesabatın Dövlət katibi tərəfindən Müdafiə katibi ilə əlaqələndirilməklə Konqresə təqdim olunması” barədə 296 saylı düzəliş Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edilməsi də çox əhəmiyyətli bir hadisədir: “Düzəliş ABŞ Dövlət katibinin, Müdafiə nazirinin, eləcə də Nümayəndələr Palatasının və onun ayrı-ayrı komitələrinin qarşısında 180 gün ərzində Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovada işğal olunmuş ərazilərdən köçkün düşmüş, qətlə yetirilmiş şəxslərlə bağlı hesabatın hazırlanmasını vəzifə kimi qoyur.
Sənəddə “1991-ci ildən etibarən Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın xarici qüvvələr tərəfindən qanunsuz işğal olunmuş 15 regionundan zorla köçürülən vətəndaşları”ndan söhbət açılır və bu yanaşma özündə bir sıra mühüm məqamları ifadə edir. Düzəlişdə işğal prosesinin 1991-ci ildən başlamasının və Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovanın 15 regionunu əhatə etməsinin qeyd olunması, Azərbaycanın statusu ləğv edilmiş Dağlıq Qarabağ bölgəsinin və bölgə ətrafındakı 7 rayonun xarici qüvvələr tərəfindən işğal edilməsi faktının qanunvericilik səviyyəsində qəbul olunması deməkdir”. Politoloq qeyd etdi ki, sənəd Konqresdə təsdiq olunduqdan və qüvvəyə mindikdən sonra, hazırlanacaq hesabat məcburi köçkünlərlə bağlı ABŞ-ın xarici siyasətinin prioritetlərini müəyyənləşdirəcək: “Hesabat nəticəsində işğalçı qüvvələrə qarşı sanksiyaların tətbiq ediləcəyi ehtimalı da böyükdür. Təbii ki, bu istiqamətdə indidən intensiv fəaliyyətə başlamaq lazımdır”.
Qazanılan uğurlarla kifayətlənməyi düzgün saymayan E.Mirzəbəyli düşünür ki, Azərbaycanın milli maraqları ilə bağlı məsələlərdə kampaniyaçılıq dövrü artıq başa çatıb: “Uzun illərdir ki, Xarici İşlər nazirliyinin, diplomatik nümayəndəliklərimizin fəaliyyətini araşdıran və tənqid edən bir jurnalist, siyasi təhlilçi kimi, hazırda Azərbaycanın xarici siyasət idarəsinin qarşısında qoyulan hədəflərin, bu hədəflərin yerinə yetirilməsi üçün təklif olunan mexanizmlərin daha dəqiq, daha aydın olduğu qənaətindəyəm. Səfirliklərin təqaüd yaşında olan məmurlar üçün “istirahət mərkəzi” funksiyasını yerinə yetirməsi təcrübəsinə tamamilə son qoyulmalıdır. Bu istiqamətdə addımlar atılır, amma hələ də öz fəaliyyətsizlikləri ilə milli maraqlarımızı zərbə altına qoyanlar var. Azərbaycan hücum mövqeyində dayanmalıdır. XİN, səfirliklər, diaspor qurumları il boyu, fasiləsiz olaraq Ermənistan, erməni diasporu və lobbisi üçün problemlər yaratmaqda davam etməlidir. Bu prosesdə bir saniyə belə, boşluq olmamalıdır. Səfirliklərlə diaspor qurumları arasında əlaqələndirmə ən yüksək müstəviyə qaldırılmalı, səfirlər özlərini bürokrat məmur kimi aparmaqdan əl çəkməlidirlər”.










