KXCP-çi gəncin ailəsinə təzyiqlər edilir...

Əldə etdiyimiz məlumata görə, hal hazırda Fransada siyasi mühacirətdə olan KXCP-nin üzvü Musayev Ferid Tahir oğlunun Bakida yaşayan ailə üzvləri xetai rayon polis idarəsinə aparılaraq 2 saata yaxın sorğu edilmişdir. Beleki, 18.08.2019-cu ildə Xetai rayon polis idarəsinin əməkdaşları Fransada mühacirətdə yaşayan Musayev Feridin ailəsinin yaşadığı ünvana gələrək onları məcburi polis idarəsinə aparıblar. Məsələ ilə bağlı Ferid bəyin atası Tahir bəylə əlaqə saxlayaraq onları hansı səbəbdən polis idarəsinə aparılmasını öyrənməyə çalışdıq. Buna səbəb Musayev Ferid Fransada təşkil olunan mitinqlərin, yəni 13.04.2019-cu il Nantes şəhərində, 17.08.2019-cu ildə Rennes şəhərində keçirilən mitinqlərin təşkilində və kecirilməsində aktiv olmasıdır. Bu səbəbdən də mən polis idarəsinə aparılmışam. Mənə polis idarəsində bildirdilər ki, Musayev Feridin hakimiyyətə qarşı etirazlar edir. O, bu işlərdən təcili əl çəkməlidir. Əks təqdirdə biz onu harda olsa tapıb Azərbaycana gətizdirəcəyik. Dərhal həbs edəcəyik. Bu məsələ ilə bağlı biz ŞŞBP idarəsində məlumat almağa çalışmağımıza baxmayaraq bizə heç bir məlumat verilmədi.
P.S. sizə bildirirəm ki,Musayev Ferid .2012-ci ildən KXCP-nın rəsmi üzvüdür.Hətta,o Azərbaycanda da aktiv siyasi fəaliyyət göstərdiyi üçün dəfələrlə polislərin təzyiqinə məruz qalıb.