KXCP- çi gənc ölkə boyu axtarılmaqdadır.

Əldə etdiyimiz məlumata görə, hal hazırda Fransada siyasi mühacirətdə olan KXCP-nin üzvü Cəlilov Elnur Cabbar oğlunun Sirvanda yaşayan ailə üzvləri Sirvan rayon polis idarəsinə aparılaraq 2 saata yaxın sorğu edilmişdir. Beleki, 18.08.2019-cu ildə Şirvan rayon polis idarəsinin əməkdaşları Fransada mühacirətdə yaşayan Cəlilov Elnurun ailəsinin yaşadığı ünvana gələrək onları məcburi polis idarəsinə aparıblar. Məsələ ilə bağlı Elnur bəyin atası Cabbar bəylə əlaqə saxlayaraq onları hansı səbəbdən polis idarəsinə aparılmasını öyrənməyə çalışdıq.Buna səbəb Cəlilov Elnurun Fransada təşkil olunan mitinqlərin, yəni 13.04.2019-cu il Nantes şəhərində, 25.05.2019-cu ildə Rennes şəhərində, 17.08.2019-cu ildə Rennes şəhərində keçirilən mitinqlərin təşkilində və kecirilməsində aktiv olmasıdır. Bu səbəbdən də mən polis idarəsinə aparılmışam. Mənə polis idarəsində bildirdilər ki, Cəlilov Elnur hakimiyyətə qarşı etirazlar edir. O, bu işlərdən təcili əl çəkməlidir.Əks təqdirdə biz onu harda olsa tapıb Azərbaycana gətizdirəcəyik. Dərhal həbs edəcəyik. Bu məsələ ilə bağlı biz ŞŞBP idarəsində məlumat almağa çalışmağımıza baxmayaraq bizə heç bir məlumat verilmədi.
P.S. sizə bildirirəm ki,Cəlilov Elnur 20.05.2012-ci ildən KXCP-nın rəsmi üzvüdür.
Hətta,o Azərbaycanda da aktiv siyasi fəaliyyət göstərdiyi üçün dəfələrlə polislərin təzyiqinə məruz qalıb.