Rusiya: Trampın Venesuela ilə bağlı fərmanı beynəlxalq quldurluqdur

Rusiyanın Federasiya Şurasının Xarici İşlər Komitəsinin sədri Konstantin Kosaçev Trampın son qərarına münasibət bildirib.
RİA-Novostiyə istinadən məlumata görə, Konstantin Kosaçev ABŞ prezidenti Donald Trampın Venesuela dövlətinin aktivlərinin bloklanması ilə bağlı fərmanını "beynəlxalq quldurluq" adlandırıb.
Xatırladaq ki, Ağ Evin yaydığı sənədə görə Tramp bu siyahıda ölkənin mərkəzi bankı və dövlətə məxsus PDVSA neft şirkəti olmaqla, Venesuela hökumətinin ABŞ-dakı aktivlərini bloklayan fərman imzalayıb.
"BMT Təhlükəsizlik Şurasının icazəsi olmadan bu cür hərəkət iqtisadi və maliyyə sahələrində beynəlxalq quldurluq kimi görünür. Suveren Venesuelanın daxili işlərinə açıq şəkildə müdaxilə etməklə, rəsmi aktivlərin bloklanması bu ölkənin rəsmi orqanlarına qarşı bir hərəkətdir və bununla da müxalifəti dəstəkləyən birbaşa göstərişdir", - deyə Kosaçev bildirib.