Siyasi fəallar Bakı Şəhər Baş Polis İdarəsində dindiriliblər

Elnur Quliyev
“Aksiyada iştirak etməyəcəyimizlə bağlı imza istədilər”
Avqustun 17-də Gənc fəal Kamran Əliev Bakı Şəhər Baş Polis İdarəsində dindirilib.
Məlumatı "www.milliqazet.info"-ya onun dostu Elnur Quliyrv verib. Bildirib ki, Kamran Əliyev ona saxlandığını telefon açaraq söyləyib:
“30 dəqiqə sonra mən və başqa bir dostumuz Elşən Cəbrayilov getdik idarənin qarşısına. Bizə 7-8 nəfər mülki geyimli yaxınlaşıb “elə sizi axtarırdıq”, - dedi. Sonra bizi Cinayət Axtarış Şöbəsinin rəsi müavinin yanına apardılar. 1 saat yarım izahat aldılar. Daha sonra “sizi saxlamağımıza səbəb 19 avqustda təyin olunan aksiyanın təşkilatçısı olmağınızdır”, - dedilər. İltizam təqdim etdilər və aksiyada iştirak etməyəcəyimizlə bağlı imzalamamızı istədilər. Mən də öz növbəmdə bu, bizim konstitusiya hüququmdur dedim. İmzalamadıq”.
Digər fəal Ağaşirin Tanrıverdioğlunu isə yoldan saxlayıblar ki, “Siyasi məhbuslara azadlıq” aksiyasının eventi onun profilindən yaradılıb: