"Müqavimət göstərəcəyəm, mənim təltif olunmuş silahım var"

"Müqavimət göstərəcəyəm, mənim təltif olunmuş silahım var". Bunu toxunulmazlığı ləğv edilən Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayev deyib.
Onun sözlərinə görə, hazırda iqtidar onu ələ keçirmək üçün hazırlıq görür: "Mənim güc strukturları arasında çoxlu tərəfdarlarım var. Mən hər şeyə hazıram. Mən müqavimət göstərəcəm. Xəbərdarlıq edirəm: mənim təltif olunmuş tapançam var. Xalqımızın belə bir məsəli var ki, uzanaraq ölməkdənsə, cavab atəşi açmaq yaxşıdır. Bu əmri icra etməyə gələcək şəxslərə təəssüf edirəm. Əgər prokurorluğun sualı yaranarsa, bunu yazılı sürətdə göndərsinlər, cavablandıraq".
Qeyd edək ki, 27 iyun tarixində Qırğızıstan parlamenti sabiq prezident Almazbek Atambayevin toxunulmazlığının ləğvinə qərar çıxarıb. Bundan sonra sabiq prezident Koy-Taşe kəndindəki malikanəsində dairəvi mühafizə sistemi yerləşdirib.