Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında "G-20" sammiti çərçivəsində görüş başlayıb

Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında "G-20" sammiti çərçivəsində görüş başlayıb. Bu barədə "RT" məlumat yayıb.
ABŞ prezidenti görüşdən əvvəl deyib ki, danışıqların nəticəsi müsbət olacaq.
Tramp Putinlə görüşü zaman zarafatla "seçkilərə müdaxilə etməyin",-deyə ona müraciət edib.
Buna cavab olaraq isə Rusiya lideri gülümsəyib.