Qarabağ münaqişəsi
Cümə axşamı prezidenti İlham Əliyev ATƏT-in Minsk Qrupunun həmsədrləri Stefan Viskonti (Fransa), İqor Popov (Rusiya) və Endrü Şoferi (ABŞ) qəbul edib.
Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik də iştirak edib.
Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.
Detallar açıqlanmır.
Həmsədrlər Azərbaycana gəlməzdən öncə Ermənistanda olublar.










