Yeni saziş imzalandıqdan sonra münasibətlər daha da intensivləşəcək- Niderland səfiri

Yeni saziş imzalandıqdan sonra Azərbaycan və Avropa İttifaqı arasında münasibətlər daha da intensivləşəcək.
Bu barədə cümə axşamı keçirilən mətbuat konfransında Niderlandın Azərbaycandakı səfiri Onno Kervers bildirib.
O qeyd edib ki, hazırda tərəflərin sazişi imzalamasına bir addım qalıb.
"Saziş Avropa şirkətlərinin Azərbaycan bazarına girişini sadələşdirəcək, bu da əməkdaşlığın dərinləşdirilməsi üçün əlavə şərait yaradacaq", deyə o bildirib.