Çinə işgüzar səfərə

Azərbaycan prezidenti İlham Əliyev ÇXR sədrinin dəvəti ilə aprelin 26-27-də keçiriləcək "Bir kəmər, bir yol" beynəlxalq forumunda iştirak etmək üçün bu gün Çinə işgüzar səfərə gəlib.
ÇXR-in irəli sürdüyü bu təşəbbüs "İpək Yol iqtisadi kəməri" və "XXI əsrin dəniz İpək Yolu" layihələrini birləşdirir.
İlk beynəlalq "Bir kəmər, bir yol" forumu 2017-ci ilin mayında Pekində keçirilib və forumda 29 ölkənin dövlət və hökumət başçıları, habelə böyük beynəlxalq təşkilatların rəhbərləri iştirak edib.