Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Piotr Voznyak ilə görüşüb
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində bu ölkənin neft-qaz şirkətinin (PGNiG) prezidenti Piotr Voznyak ilə görüşüb.
Azərbaycan Polşa ilə energetika sahəsində əməkdaşlığın inkişafında maraqlıdır, Azərbaycan XİN mətbuat xidməti bildirib.
Öz növbəsində P.Voznyak PGNiG-nin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.
Sonra E.Məmmədyarov Polşa Seyminin (parlament) marşalı Marek Kuçinski ilə görüşüb, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına dair danışıqlar haqda onu məlumatlandırıb.
Həmçinin nazir regiondakı enerji və infrastruktur layihələri - "Cənub" qaz dəhlizi və "Cənub-Qərb" nəqliyyat dəhlizi barədə Kuçinskiyə məlumat verib.
Öz növbəsində Kuçinski iki ölkə parlamentlərarası əməkdaşlığın, həmçinin Avronest Parlament Assambleyası çərçivəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb .
Tərəflər Azərbaycanın Aİ "Şərq tərəfdaşlığı" proqramında iştirakını müzakirə ediblər.










