Anjey Kaspşik erməni sepratçılarının rəhbəri Bako Saakyanla görüşüb
ATƏT nümayəndəsi Anjey Kaspşik Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.
O, Xankəndində Dağlıq Qarabağdakı erməni sepratçılarının rəhbəri Bako Saakyanla görüşüb.
Görüşdə təmas xəttindəki vəziyyət müzakirə edilib.
Qeyd edək ki, bu gün Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək.










