Görüş zamanı Qarabağ nizamlanması

Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov aprelin 4-də Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 16-cı iclasında iştirak etmək üçün Brüsselə gedəcək.
Aİ-ni danışıqlarda xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Federika Moqerini və Avropa qonşuluq siyasəti və genişlənmə üzrə komissar Yohannes Han təmsil edəcəklər.
Görüş zamanı Qarabağ nizamlanması, Aİ-Azərbaycan tərəfdaşlıq gündəliyinə daxil olan məsələlər, yeni ikitərəfli saziş üzrə danışıqlar, tərəfdaşlıq prioritetləri, Şərq tərəfdaşlığı və digər məsələlər müzakirə olunacaq