ı Səməd Seyidov, Asim Mollazadə və Sahib Qafarov ABŞ-da olacaqlar

Milli Məclisin üç deputatı Səməd Seyidov, Asim Mollazadə və Sahib Qafarov martın 23-dən 30-dək ABŞ-da olacaqlar.
Parlamentin mətbuat xidmətinin məlumatına görə, deputatlar Konqresdə bir sıra görüşlər keçirəcək, parlamentlərarası əlaqələrin möhkəmləndirilməsi və digər məsələləri müzakirə edəcəklər.
Qeyri-rəsmi məlumatlara görə, deputatlar XİN rəhbəri Elmar Məmmədyarovun rəsmi səfəri üçün zəmin hazırlayırlar. Bu barədə Vaşinqtondakı mənbələr məlumat veriblər.
Son zamanlar Bakı və Vaşinqton arasında əlaqələr zəifləyib, hətta soyuyub, ABŞ-da belə hesab edirlər.