Türkiyə Cümhuriyyətindən böyük jest

Böyük Millət Məclisi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə xatirə pul sikkələri hazırlayıb. Belə həssas münasibətə görə qardaş ölkəyə təşəkkürümüzü bildiririk. AzərTAC-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov bunu parlamentin fevralın 12-də keçirilən plenar iclasında bildirib.
Sədr əlavə edib ki, bu addım iki qardaş ölkə arasındakı yüksək səviyyəli münasibətlərin daha bir göstəricisidir.
Xatırladaq ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) 1918-20-ci illərdə mövcud olub. Müsəlman Şərqinin ilk demokratik dövləti hesab olunur.
2018-ci il Azərbaycanda "Cümhuriyyət İli" elan olunsa da hakimiyyət 100 il əvvəl yaranmış Azərbaycan dövlətinin xatirəsini əbədiləşdirəcək bir addım atmadı.