Avropa Məhkəməsi Gürcüstana görə Rusiyanı 10 milyon avro cərimələyib

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2006-ci ildə Rusiyadan gürcülərin deportasiyasına görə kompensasiya barədə Gürcüstanın iddiasını təmin edib.Məhkəmə ödənişlərin ümumi məbləğini 10 milyon avro müəyyənləşdirib.
Məhkəmə qərara alıb ki, deportasiya azı 1500 Gürcüstan vətəndaşna şamil olunub. 10 milyon avro zərərçəkmiş vətəndaşlar arasında bölüşdürülməlidir.
Deportasiya olunan hər bir gürcü 2 min avro alacaq. Azadlıqdan qanunsuz məhrum olunanlara isə 10 min-15 min avro arasında kompensasiya veriləcək.