Ukraynada azərbaycanlı prezidentliyə namizədliyini irəli sürüb

Ukrayna Ali Radasının sabiq deputatı, Fiskal xidmətinin sabiq rəisi, milliyyətcə azərbaycanlı Nəsirov Roman Mikayıl oğlu ölkədə növbəti prezident seçkilərində öz namizədliyini irəli sürüb.
R.Nəsirov Ukrayna Mərkəzi Seçki Komissiyasına sənədlərini artıq təqdim edib.
Qeyd edək ki, korrupsiya ilə bağlı qalmaqala görə, onun ölkədəki reytinqi olduqca aşağıdır.
Xatırladaq ki, Ukrayna prezident seçkiləri martın 31-i keçiriləcək. MSK 8 nəfərin namizədliyini artıq qeydiyyata alıb