Rusiya Belarusu `udur`

Kreml Belarusu "udmaqla" bu ölkəyə olan nüfuzunu qorumaq niyyətindədir.
Bu barədə Bloomberg agentliyi yazır.
Məlumatda bildirilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Rusiya ilə sıx əlaqələri yalnız iqtisadi maraqlara (ucuzu neft və qaz satışı) görə istəyir, amma ölkə suvirenliyinin itirilməməsi şərti ilə.
Həmçinin agentlik bunu da qeyd edib ki, 2024 ildə Rusiya ilə Belarus birləşə bilər və Vladimir Putin Ali Dövlət Şurasına rəhbərlik edəcək. Bloomberg xatırladır ki, bu orqan 1997-ci ildə Rusiya və Belarus arasında vahid valyuta, vahid məhkəmə sistemi, ümumi bazarı, bayrağı və emblemi olacağını əks etdirən ittifaq müqaviləsinin imzalanmasından sonra yaradılıb.
Qeyd edək ki, bundna əvvək Putinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Rusiya və Belarus birləşməsi müzakirə mövzusu deyil.