ATƏT-in Minsk Qrupunun həmsədrlərindən yanvarda XİN başçılarının görüşünün keçirilməsi haqqında təklif olub

Ermənistan XİN Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında təklif daxil olduğunu təsdiq edib.
"ATƏT-in Minsk Qrupunun həmsədrlərindən yanvarda XİN başçılarının görüşünün keçirilməsi haqqında təklif olub", deyə News.am saytı Ermənistan XİN-in mətbuat xidmətindən sitat gətirir.
Konkret olaraq görüşün keçiriləcəyi zamanla bağlı hələlik məlumat verilmir.
Azərbaycan XİN hələlik Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin mümkün görüşü haqqında təklifi şərh etmir.