Bəhreyn SQ baş komandanı Bakıda səfərdədir

Noyabrın 27-də müdafiə naziri Zakir Həsənov Bəhreyn Krallığının Müdafiə Qüvvələrinin baş komandanı Şeyx Xəlifə bin Əhməd əl-Xəlifəni qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə regionun hərbi-siyasi problemləri, ikitərəfli hərbi əməkdaşlığın perspektivləri və müdafiə sahəsində digər məsələlər müzakirə olunub.