Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşü planlaşdırılır

Bu ilin sonunadək Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşü mümkündür. Bu barədə Ermənistan XİN mətbuat xidmətinin rəhbəri Tiqran Balayan çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, Düşənbədə İlham Əliyev və Nikol Paşinyanın görüşündən sonra belə görüş planlaşdırılır.
Xatırladaq ki, İ.Əliyevin N.Paşinyanla görüşündən öncə iki ölkə XİN rəhbəri Nyu-Yorkda ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə 3 saatlıq görüş keçiriblər. Danışıqların məzmunu açıqlanmır, lakin Bakı və Yerevan görüşü mühüm və faydalı adlandırıblar.