Monteneqronun müdafiə nazirinin səfəri

Monteneqronun müdafiə naziri Predraq Boşkoviç "ADEX 2018" beynəlxalq silah sərgisində iştirak etmək üçün bazar ertəsi Bakıya gəlib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, elə həmin gün Boşkoviçin Azərbaycan müdafiə naziri Zakir Həsənovla görüşü keçirilib. Görüşdə iki nazir hərbi sahədə əməkdaşlıq məsələlərini müzakirə ediblər