Sentyabrın 26-da Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcəklər

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın görüşü sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində baş tutacaq.
Danışıqlar ATƏT-in Minsk Qrupunun həmsədrlərinin (İqor Popov - Rusiya Federasiyası, Stefan Viskonti - Fransa və Endrü Şeffer - ABŞ) vasitəçiliyi ilə keçiriləcək.
Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunacaq.