Azərbaycan və Ermənistan XİN başçılarının görüşü keçiriləcək?

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka yola düşüb.
Məmmədyarov sessiyanın ümumi müzakirələrində və gündəliyin müxtəlif məsələləri üzrə iclaslarda çıxış edəcək, çoxsaylı ikitərəfli görüşlər keçirəcək, bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
Bir müddət əvvəl Məmmədyarov sessiya çərçivəsində Ermənistan XİN başçısı Zoqrab Mjatsakanyanla görüşünün planlaşdırıldığını bildirmişdi.
Ermənistan KİV-ləri də bu görüşə hazırlıq haqqında məlumat yaymışdı, amma hələlik görüşün baş tutacağının təsdiqi yoxdur.