Prezident İlham Əliyev NATO baş katibinin müavinini qəbul edib
Cümə axşamı dövlət başçısı İlham Əliyev NATO baş katibinin müavini xanım Rouz Qotemöllerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Söhbət zamanı Azərbaycanla NATO arasında əməkdaşlıq məsələləri, Azərbaycanın Əfqanıstanda beynəlxalq koalisiyada iştirakı, Əfqanıstan hökumətinə yardım, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolu müzakirə olunub.