Azərbaycan Müdafiə Nazirliyi İL-20-də Rusiya hərbiçilərinin həlak olması ilə bağlı başsağlığı verib

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Rusiyalı həmkarı Sergey Şoyquya Suriyada İL-20 təyyarəsinin qəzaya uğraması nəticəsində 15 Rusiya hərbiçisinin həlak olmasıilə bağlı başsağlığı verib.
"Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm", deyə Müdafiə Nazirliyinin saytında dərc edilmiş məlumatda deyilir.