Xorvatiya “mavi yanacaq” mənbələrinin diversifikasiyası çərçivəsində Azərbaycandan qaz almaqda maraqlıdır

Alternativ qaz mənbələrinin olması qaz alıcıları üçün sərfəlidir, çünki qiymətlə bağlı danışıqlarda çeviklik göstərməyə, fors-major vəziyyətlərdən qaçmağa, açıq bazar çərçivəsində alış həcmini tənzimləməyə imkan verir.
Qeyd edək ki, 2017-ci ildə Xorvatiya topdansatış qaz bazarının liberallaşmasını başa çatdırıb. Xorvatiyanın özünün qaz hasilatı ildə 1,7 mlrd. kubmetr təşkil edir. Ölkənin qaza tələbatı 2,8-3,0 kubmetrdir.