İtaliya prezidenti: Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız siyasi yolla ola bilər

İtaliya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım edəcək. Bu barədə İtaliya prezidenti Sercio Mattarella İrəvanda çıxışı zamanı danışıb.
O, əlavə edib ki, İtaliya Helsinki yekun aktının müddəalarına əsasən, ATƏT-ə sədrlik edən dövlət kimi münaqişənin həllinə kömək edəcək: "Sülhü təmin etmək lazımdır. Biz əlimizdən gələni edəcəyik ki, sülh danışıqları bərpa olunsun. Həll yolu yalnız ATƏT-in Minsk qrupu çərçivəsində və beynəlxalq hüquq normalarına əsasən, bütün dünya üçün uzun müddətli və məqbul bir şəkildə siyasi şəkildə əldə edilə bilər".