Əli Kərimli Bricit Brinklə görüşüb

Mayın 31-də AXCP sədri Əli Kərimli Bakıda səfərdə olan ABŞ dövlət katibinin müavininin müşaviri Bricit Brinklə görüşüb. Bu barədə Ə.Kərimli bildirib.
Görüşdə Azərbaycandakı ictimai-siyasi durum, demokratikləşmə prosesi və onun önündəki maneələr, eləcə də siyasi məhbus problemi, AXCP-yə qarşı yeni repressiya dalğasının başlanması və s. məsələlər müzakirə edilib.
AXCP lideri görüşün yekunlarını yüksək dəyərləndirib.