Rusiyadan Yerevandakı vəziyyət və Qarabağ barədə açıqlama

Rusiya Ermənistanda daxili problemlərin həllində konstitusiya əsasında çıxış yolunun tərəfdarıdır.Bu barədə brifinqdə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova danışıb.
"Hazırda Yerevanda və ümumilikdə ölkədə vəziyyət müəyyən qədər sabitləşib. Biz öz tərəfimizdən dəfələrlə qeyd etmişik ki, Ermənistanda daxili problemlərin həllində konstitusiya əsasında çıxış yolunun və müxtəlif siyasi qüvvələr arasında konstruktiv dialoqun tərəfdrıyıq",-deyə Zaxarova əlavə edib.
Rusiyanın XİN rəsmisi çıxışı zamanı Dağlıq Qarabağ mövzusuna da toxunub: "Ümid edirik ki, xalq, siyasi qüvvələr Konstitusiya çərçivəsində və hüquqi müstəvidə rəhbər orqanların tərkibini müəyyən edəcəklər. Bundan sonra Dağlıq Qarabağ problemi ilə bağlı danışıq aparmaq mükün olacaq. Daha sonra da münaqişə tərəflərinə yardım edəcəyik. Bir daha deyirəm ki, Ermənistanda siyasi vəziyyətin sabitləşməsini gözləmək lazımdır".