`ABŞ ermənilərə mükafat verəcəyinə, hesabat istəsin`

Türkiyənin baş naziri Binəli Yıldırım Bakıda jurnalistlərə verdiyi açıqlamada, "Azərbaycan ilə Türkiyə regional təhlükəsizliyin təmin olunması, terrorizmlə mübarizə mövzusunda birlikdə çalışır", - deyə bildirib.
Məlumata görə, Yıldırım, "Amerika Birləşmiş Ştatları Qarabağdakı ermənilərə mükafat verəcəyinə, oradakı insanlıq cinayətinin hesabını istəsə, daha düzgün olar", söyləyib.
"Qarabağ məsələsi Azərbaycanın haqlı məsələsidir. Azərbaycan ərazilərinin iyirmi faizi işğal edilib. Bir milyon insan qaçqın vəziyyətinə düşüb. Azərbaycanda soyqırım törədilib və bunu edən Ermənistan qarşılığını almalıdır. Gec də olsa, Azərbaycan istəyinə çatacaq. Azərbaycanın haqlı olduğunu beynəlxalq aləmdə hamı bilir. Dost və qardaş Azərbaycana təhdid olarsa, qarşılığını mütləq görəcəklər”, - Yıldırım əlavə edib.