Milli Məclis martın 30-da xüsusi iclas keçirəcək

Milli Məclisin 1918-ci ildə baş vermiş Azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı martın 30-da xüsusi iclası keçiriləcək.
Xüsusi iclasda soyqırım ilə bağlı qərar layihəsi qəbul ediləcək.
Həmçinin, iclasda Milli Məclis tərəfindən beynəlxalq təşkilatlara, bir neçə ölkənin parlamentlərinə ünvanlanacaq müraciət müzakirə ediləcək. Daha sonra isə müraciətin qəbulu məsələsinə baxılacaq.