Rus kommunistlərinin “ideal lideri” saxta çıxdı

Rusiya Kommunist Partiyasından prezidentliyə namizəd Pavel Qrudinin İspaniyada daşınmaz əmlaka sahib olduğu müəyyən edilib.
Qrudin jurnalistlərə açıqlamasında bu informasiyanı təsdiq edib, lakin əmlakın övladlarına məxsus olduğunu söyləyib.
“Prezidentliyə namizədlərin hamısının övladları və əmlakları var. Siz düşünürsünüz ki, mən öz övladlarıma əmr verəcəyəm? Onlar böyük adamlardır və bizneslə məşğul olurlar. Onların yaxşı gəlirləri var, amma bunun mənə heç bir aidiyyəti yoxdur”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə İspaniyanın Salou şəhərində Qrudinin 200 kvadrat metrlik evə sahib olduğu haqqında informasiya yayılmışdı. Onun evinin dəyərinin 781.614 avro olduğu bildirilmişdi.