Nazirlər Kabinetinə rəhbərlik edə bilərəm - Saakaşvili

Prezidentlik postu ilə bağlı ambisiyalarım olmasa da, nazirlər kabinetinə rəhbərlik etməyə hazıram.
Bu sözləri Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili deyib.
“Mən Ukraynanın normal hakimiyyətində məsuliyyəti öz üzərimə götürməyə hazıram. Heç bir halda prezidentlik postu uğrunda yarışa girməyəcəyəm. Fikrimcə, Ukrayna prezidenti burada doğulan və böyüyən şəxs olmadlıdır”, - deyə eks-prezident ZİK telekanalının efirində bildirib.