Müsavatçı fəalın ailəsi təhdid olunur...
Müsavat üzvü Vüqar Zamanovun qardaşı Vidadidən aldıqımız məlumata əsasən 2017-ci ilin iyun ayının 22 de Xətai Rayon Polis əməkdaşları Vüqarın evinə yenə gəlib. Onlar anama hədə qorxu gəliblər təhqir eləyiblər.
"Deyiblərki,Vüqar bilirik Fransadadı amma sosial şəbəkələrdə və olduğu şəhərdə fəaliyyətini davam etdirir. Aksiyalar təşkil edir. Ağlını başına yığsın hakimiyyətə qarşı təbliğat aparmasın.əlimiz hər yerə çatır İnterpol vasitəsilə bir günə gətirib həbs edərik onu."
Vidadi Zamanov bildiribki qardaşımı və ailəsini Azərbaycanda olduğu zaman da narahat edirdilər. Dəfələrlə həbs olunub, təzyiqlər göstərilib, təhdidlərlə üzləşib. 2013-ci ildə Prezident seçkilərindəki aktiv fəaliyyətilə əlaqədər dəfələrlə sutkalıq həbs edilib. 2015-ci ilin mart ayının 30 da qardaşımın evinə polislər basqın edib. Həmin basqın qardaşımın ailəsi üçün faciə olub, bu azmış kimi Vüqarı 2015-ci il oktyabrın 25-də mintinqdən 4 sutka, 2015 noyabr ayının 1 də müşahidəçi olduğu məntəqədən çıxarıb 10 sutka həbs eləyiblər. Hər ay qardaşımı polis şöbəsinə çağırıb hədə qorxu gəlirdilər. Axırıncı dəfə 2016-cı il Referendum seçkilərindəki fəaliyyəti ilə əlaqədər 2016.
18 sentyabr mintinqdən tutub aparmışdılar. Polislər qardaşımı döyüb ciddi xəbərdarlıq eləmişdilər və Vüqara vaxt qoymuşdular ki, fəaliyyətini dayandırsın və partiyadan uzaqlaşsın. Qardaşım fəaliyyətini dayandırmadıqı üçün, Partiyadan uzaqlaşmadıqı üçün və onların bəzi tələblərini yerinə yetirmədiyi üçün 2016-cı ilin dekabr ayının 16-sında evinə yenə basqın olunub. Evde anam və yoldaşı olub, qadınları təhqir ediblər evin hər yerinə baxıblar Vüqarı tapmadıqlarına görə onun noutbukunu, sənədlərini,həttda müsavatın bayraqını belə aparıblar.
Bu hadisədən sora qardaşim ailəsi ilə birlikdə ölkədən qacib.
Qardaşıma görə cox narahatıq.










