Yıldırım: “Ona xəbər etdik ki, Türkiyəyə qayıtma”

İraq və Suriyanın ərazi bütövlüyünün pozulması, bölgədəki parçalanmaya səbəb olan fəaliyyətlər, sərhəd dəyişiklikləri və süni dövlətlər bölgədəki sülhə təhlükə yaradır bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım deyib.
“Biz - İran, İraq və Türkiyə olaraq sıx əməkdaşlığı davam etdirəcəyik. Bu referendumda israr edənlər, bu qərarı verənlər nəticəyə hazır olsunlar. Bu baxımdan konkret addımlar atılacaq. Artıq ilk addım atıldı. Kürdüstan Demokratik Partiyasının Türkiyədəki ofisinin rəsmisi hazırda Şimali İraqdadır. Ona xəbər etdik ki, geri – Türkiyəyə qayıtmasın”, - Yıldırım bildirib.
Qeyd edək ki, Türkiyə İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin keçirdiyi müstəqillik referendumuna görə separatçı tərəfə sərt sanksiyalar tətbiq edəcəyini açıqlayıb.