Mixeil Saakaşvili: "Ukrayna xalqı Nazirlər Kabinetinin bütün üzvlərini istefaya göndərəcək"

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili oktyabrın 17-də Kiyevdə keçirilməsi planlaşdırılan mitinq zamanı Ukrayna Nazirlər Kabinetinin bütün üzvlərini "göndərmək" niyyətində olduğunu bəyan edib.
"Biz oktyabrın 17-də buraya qayıdacağıq və Ukrayna xalqı onları (nazirləri - red.) buradan göndərəcək", - M.Saakaşvili bu gün Kiyevdə keçirilən mitinqdə bildirib.
O, həmçinin bu gün həmfikirlərinin axtarışı ilə əlaqədar Lvova səfər edəcəyini də vurğulayıb.