Ərdoğan: “Kürdlər bizim dostlarımızdır”

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankaranın kürdlərə qarşı köklənmədiyini bildirib. R.T.Ərdoğan bunu “PBS NewsHour” nəşrinə müsahibəsində bildirib.
“Biz kürdlərə qarşı yox, terror təşkilatına qarşı çıxış edirik, kürdlər isə bizim dostlarımızdır”, - deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə prezidenti ölkəsinin Aİ-yə üzvlüyünə dair vəziyyəti şərh edib: “Onlar gərək bəyanatla çıxış etsinlər. Bizi qəbul etməyə hazırdırlar ya yox? Biz hər şeyə hazırıq”, - deyə o qeyd edib.