Ötən tədris ilində Bakıda 15 məktəb direktoru işdən çıxarılıb

Ötən tədris ilində Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 15 təhsil müəssisənin rəhbəri, 13 direktor müavini, 2 müəllim, 1 laborant,1 günüuzadılmış qrup rəhbəri vəzifədən azad edilib.
Bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva paytaxtın təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
O bildirib ki, idarəsnin Daxili nəzarət sektoru tərəfindən Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində korrupsiya və digər qanun pozuntuları ilə mübarizə istiqamətində müvafiq tədbirlər görülüb: "Müxtəlif təşkilat və vətəndaşlardan Daxili Nəzarət Sektoruna 426 müraciət daxil olub, onlardan 416 müraciət əsaslandırılaraq müvafiq qaydada cavablandırılıb, 10 müraciət isə hazırda icraatdadır. Səlahiyyətlərindən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və digər neqativ hallar nəticəsində 3 ümumitəhsil müəssisəsinin fəaliyyəti ilə bağlı toplanmış sənədlər aidiyyatı üzrə prokurorluq orqanlarına gondərilib".
O qeyd edib ki, Bakı şəhər üzrə Təhsil İdarəsinin 1 əməkdaşı, 16 məktəb direktoru, 31 direktor müavini, 78 müəllim,1 uşaq birliyi rəhbəri intizam məsuliyyətinə cəlb olunub: "Bundan başqa 16 təhsil müəsisəsinin rəhbəri, 3 direktor müavini, 78 müəllimə xəbərdalıq edilib. Görülən tədbirlər nəticəsində arıq ödənilmiş 17030,86 manat məbləğin dövlə büdcəsinə qaytarılması təmin edilib".