Ərdoğandan ABŞ-a sərt sözlər: "Mənim mühafizəçilərim..."

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ hökumətini mühafizəçilərinə qarşı irəli sürülən ittihamlara görə sərt şəkildə tənqid edib.
Bu barədə Türkiyə prezidenti jurnalistlər qarşısında çıxışı zamanı danışıb.
“ABŞ-da ədalətin işləmə prinsipi əsl qalmaqaldır. Onlar qonaqlarının mühafizəsi üçün məsuliyyət daşıyır. Əgər onlar öz vəzifələrini yerinə yetirmirsə, mənim mühafizəçilərim də etməyəcək? Mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirdi”, - Ərdoğan bildirib.
Qeyd edək ki, ABŞ Ərdoğanın 15 mühafizəçisini Vaşinqtonda keçirilən aksiya iştirakçılar ilə yaşanan qarşıdurmaya görə ittiham edir.